Ana Sayfa > Karusel > İrana qarşı yeni sanksiyalar hazırlanıb
İrana qarşı yeni sanksiyalar hazırlanıb11-11-2022, 16:55. Yazar: Admin |
Avropa İttifaqının xarici işlər nazirləri noyabrın 14-də İrana qarşı yeni sanksiyaları təsdiq etməyi planlaşdırır.
Bundan əvvəl Aİ İranda etirazların yatırılmasına görə 11 şəxs və 4 təşkilata qarşı sanksiya tətbiq etmişdi. Xüsusilə də İranın əxlaq polisi sanksiyalara məruz qalıb. Ay yarımdır ki, İranda gənc qadın Məhsa Əmininin polis tərəfindən saxlanılmasından sonra ölümü ilə bağlı iğtişaşlar davam edir. Etiraz və iğtişaşlar əsasən Gilan, Xuzistan, Sistan və Bəlucistan, Tehran, Kürdüstan əyalətlərində baş verir. İran hakimiyyəti Qərb ölkələrini öz KİV-lərində təxribatçı, anti-İran xarakterli mesajlar yaymaqla yanaşı, İranda hakimiyyəti devirməyə çağıran etirazçıları dəstəkləməkdə ittiham edir. Geri dön |