Tarix: 11-11-2022 | Saat: 15:37
Bölmə:Karusel / Sosial | çapa göndər
"Ölkədə maaşların artırılması istiqamətində islahatlar davam edir və bunun nəticəsini görürük".
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasına qatılan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, ümumi pensiyaların 400 manatın üzərində olması üzrə işlər görülür:
“Yaşa görə pensiyanın 450 manat, ümumi pensiyanın isə 400 manat olması üçün işlər görülür. Əhaliyə ödənişlərin, xüsusilə pensiya ödənişlərinin 650 milyon manat artımı pensiyaçılarımız üçün çox önəmlidir".
S.Babayev, həmçinin yeni iş yerlərinin sayının artırıldığını, məşğulluq proqramlarının davam etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu sahədə elektronlaşma aparılıb.
Digər xəbərlər