Saytımızı qiymətləndirin


 
 

AEBA Ukraynada "çirkli bomba" iddialarını araşdırıb, sübut tapmayıb
Tarix: 03-11-2022 | Saat: 19:02
Bölmə:Karusel / Manşet | çapa göndər

AEBA Ukraynada "çirkli bomba" iddialarını araşdırıb, sübut tapmayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) müfəttişləri Ukrayna hökumətinin tələbi ilə reallaşan Ukraynanın üç obyektdə yoxlama işlərini başa çatdırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə AEBA-nın mətbuat xidməti bəyanat yayıb.

 

“Ukrayna hökumətinin tələbi ilə faktların yerində yoxlanılması üçün mən dərhal müfəttişləri üç nöqtəyə göndərdim. Ukraynadakı hazırkı münaqişə ilə əlaqədar mövcud çətin şəraitdə heyət ora getdi və fəaliyyətini həyata keçirdi.

İndiyə qədər əldə etdiyimiz nəticələrin texniki və elmi qiymətləndirilməsinə görə bu üç yerdə heç bir elan olunmamış nüvə fəaliyyətinə və materiallarına dair heç bir əlamət yoxdur. Bundan əlavə, biz ən qısa zamanda həmin ərazidə götürülən nümunələrin nəticələri barədə məlumat verəcəyik”, - Baş direktor Qrossi vurğulayıb. O əlavə edib ki, AEBA bu cür yoxlama işlərini davam etdirməyə hazırdır.

Xatırladaq ki, Ukrayna AEBA-ya müfəttişlər qrupunun göndərilməsi ilə bağlı yazılı müraciətləri Rusiya Federasiyasının Ukraynanın üç obyektində - Kiyevdəki Nüvə Tədqiqatları İnstitutunda, Jovti Kodıdakı Şərq Mədən və Emalı Zavodunda və Dneprdə "Pivdennıy" Maşınqayırma İstehsalat Birliyində fəaliyyətlə bağlı iddialardan sonra edib.

Son bir neçə gün ərzində göndərilən müfəttişlər AEBA-nın həyata keçirməyi planlaşdırdığı bütün fəaliyyətləri həyata keçiriblər, onlara məkanlara maneəsiz girişə imkanı verilib.

"Bu günə qədər mövcud olan nəticələrin qiymətləndirilməsinə və Ukraynanın təqdim etdiyi məlumatlara əsasən, Agentlik bu obyektlərdə elan olunmamış nüvə fəaliyyətləri və materialları aşkar etməyib.

Müfəttişlər həmçinin AEBA-nın təhlükəsizlik tədbirləri laboratoriyalarında və analitik laboratoriyalar şəbəkəsində analiz üçün ətraf mühit nümunələri toplayıb. Ətraf mühitdən nümunə götürülməsi nüvə materiallarının idarə olunması ilə bağlı keçmiş və cari fəaliyyətlər haqqında məlumat verə bilən ultrahəssas analitik üsullarla ümumi istifadə edilən qoruyucu tədbirdir", Beynəlxalq Agentlik yaydığı bəyanatda qeyd edib.



Xəbəri paylaş

1155 dəfə oxunub.

Digər xəbərlər