Saytımızı qiymətləndirin


 
 

“İrəvanla Bakı arasında Rusiyanın vasitəçiliyi kifayətdir”
Tarix: 01-11-2022 | Saat: 14:07
Bölmə:Karusel | çapa göndər

“İrəvanla Bakı arasında Rusiyanın vasitəçiliyi kifayətdir”

 

“Ermənistanla Azərbaycan arasında münaqişənin həllində Rusiyanın vasitəçiliyi kifayətdir”.

Qarabaginfo.az “Belta” agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə KTMT-nin Baş katibi Stanislav Zas ilə görüşündə deyib. 

“Müharibə başa çatdı. Onun necə başa çatdığı aydındır. Tərəflər onlara vasitəçi lazım olduğuna qərar verdilər. Təbii ki, bu Rusiyadır”, - deyə Lukaşenko qeyd edib. 

Onun sözlərinə görə, Avropa İttifaqı və ATƏT-in bu vasitəçiliyə niyə müdaxilə etməsini anlamır: “Hansısa oyun oynanıldığını əbəs yerə demədim. Mən başa düşürəm, bu, nə oyundur. Aİ-ni bu məsələyə niyə qatıblar? ATƏT-i oraya niyə sürükləyirlər? Aydındır nəyə görə. Orada artıq vasitəçi varsa onlar orada nə edəcəklər? Və KTMT-ni də ora cəlb etmək lazımdır. Sanki edəcək başqa işləri yoxdur”.



Xəbəri paylaş

151 dəfə oxunub.

Digər xəbərlər