Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Azərbaycan neftinin bir barelinin qiyməti 0,26 ABŞ dolları artaraq, 95,06 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.