Saytımızı qiymətləndirin


 
 

Avropa İttifaqının missiyası Zəngəzur sərhədində fəaliyyətə başladı –Missiya nələri izləyəcək?
Tarix: 21-10-2022 | Saat: 10:53
Bölmə:Karusel / Siyasət | çapa göndər

Avropa İttifaqının Ermənistana gəlmiş monitorinq misisyası 20 oktyabr tarixindən fəaliyyətə başlayıb. 

Qarabaginfo.az bildirir ki, bu barədə Avropa İttifaqnın xarici siyasət xidmətinin açıqlamasında deyilir.

Məlumatda bildirlir ki, müşahidə misisyası Aİ-nin Azərbaycanla sərhədə mülki misisya göndərmək barədə qərarından sonra işə başlayıb.

Missiya iki əsas məsələni icra edəcək: 

1.Ermənistan və Azərbaycan arasında etimadın gücləndirilməsini dəstəkləmək. Hər iki tərəfin atəşkəs rejiminə əməl etməsini izləmək.

2.Missiya yerlərdə hərbi vəziyyət və hadisələr barədə müntəzəm olaraq hazırlanan xüsusi hesabalar vasitəsi ilə Ermənistan və Azərbaycanın sərhəd rayonlarındakı vəziyyəti izləyəcək. Bu Aİ-yə iki tərəfin sərhəd komisisyalarının işini dəsətkləmək üçün yaxşı imkan verəcək.

Missiyanın məsuliyyət zonası Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədinin erməni tərəfi hesab olunacaq.

Qeyd olunur ki, ərazidə yalnız mülki müşahidəçilər yerləşdiriləcək. Misisyaya Aİ-nin 40 mülki eksperti daxildir. Onlar iki ay müddətində ərazidə olacaqlar.

Müşahidə misisyası Avropa İttifaqının müvafiq xidmətləri qarşında hesabat verəcək. Missiya özbaşına müşahidələr əsasında nəticələr çıxarmağı və açıqlamağı üzərinə götürməyib.

Açıqlamada deyilir ki, Avropa İttifaqının misisyası və ATƏT missiyası fərqli mandata sahim olan iki ayrı missiyadır.(Azpost.info)



Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər