Saytımızı qiymətləndirin


 
 

QMİ sədri: Ermənistanın bəzi siyasi və din xadimləri xalqların dinc yanaşı yaşamasına maneçilik törədirlər
Tarix: 19-10-2022 | Saat: 15:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

QMİ sədri: Ermənistanın bəzi siyasi və din xadimləri xalqların dinc yanaşı yaşamasına maneçilik törədirlər

Dağıdılmış şəhər və kəndlərimizə yeni həyat verən Azərbaycan dövləti Türk dünyasının qüdrətini, qurucu mədəniyyətini, tolerant mənəviyyatını bütün dünyaya nümayiş etdirir.

Qarabaginfo.az xəbər verir ki, bunu Şeyxülislam Hacı Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin 3-cü görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, lakin təəssüflər olsun ki, Ermənistan konstruktiv mövqe nümayiş etdirmir.

"Ermənistanın bəzi siyasi və din xadimləri barış, qarşılıqlı anlaşma mövqeyindən deyil, revanşizm, yeni müharibə ritorikası ilə çıxış edərək xalqların dinc yanaşı yaşamasına maneçilik törədirlər. Böyük təəssüflə qeyd etməliyəm ki, münaqişə davam etdiyi illərdə sülh istiqamətində dəfələrlə birgə imza qoyduğumuz bəyanatların ruhuna xilaf çıxaraq Eçmiədzin bu gün də revanşizmin əsas təşkilatçılarındandır. Mən bu tribunadan erməni Kilsəsinə, Eçmiədzinə müraciət edir, nə qədər gec deyil, xalqının taleyini, müqəddəratını düşünərək revanşizmdən əl çəkməyə, təxribatlara, qarayaxma kampaniyalarına və nifrət çağırışlarına son qoymağa, öz xalqına yeni müsibətlər deyil, nicat verəcək ideyalarla çıxış etməyə, məhvə məhkum etməməyə çağırıram".



Xəbəri paylaş

1148 dəfə oxunub.

Digər xəbərlər