Tarix: 18-10-2022 | Saat: 15:45
Bölmə:Karusel | çapa göndər
Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistana işgüzar səfəri çərçivəsində hindistanlı həmkarı Racnat Singh ilə görüşüb.
Qarabaginfo.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, həmsöhbətlər əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər, onun genişləndirilməsi imkanlarını, eləcə də ikitərəfli hərbi və hərbi-texniki xarakterli bir sıra məsələləri müzakirə ediblər.
Ermənistanın müdafiə naziri Azərbaycanla sentyabr döyüşlərindən sonra sərhəddə yaranmış vəziyyəti hind həmkarına təqdim edib və Hindistana beynəlxalq strukturlarda mövqeyinə görə təşəkkür edib.
Papikyanın Singhi Ermənistana dəvət etdihyi bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl məlum olmuşdu ki, Hindistan tezliklə Ermənistana təxminən 250 milyon dollar dəyərində böyük silah-sursat partiyası tədarük edəcək. Hələ 2020-ci ildə də Hindistan Ermənistana təxminən 40 milyon dollara dörd ədəd radar satmışdı.
Digər xəbərlər