Saytımızı qiymətləndirin


 
 

Rusiyadan xaricə uçuşların qiyməti 4-10 dəfə ucuzlaşıb
Tarix: 17-10-2022 | Saat: 12:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiyadan xaricə uçuşların qiyməti 4-10 dəfə ucuzlaşıb

Rusiyadan Türkiyəyə aviabiletlərin qiyməti bu il sentyabrın sonu ilə müqayisədə 7 dəfə, Ermənistana isə 30 dəfə ucuzlaşıb.Qarabaqinfo.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayı

Sentyabrın 26-da Moskvadan İrəvana aviabiletlərin ən sərfəli təklifi adambaşına bir tərəfə 380 min rubl qiymətinə olub. Oktyabrın 26-da bu istiqamətdə biletlərin qiyməti indi birbaşa uçuş üçün bir tərəfə adambaşına 13 min rubldan, baqajlı tariflər isə 15 min rubldan başlayır. Yəni, uçuş 30 dəfə ucuzlaşıb.

İstanbula uçuşun qiyməti isə təxminən 7 dəfə ucuzlaşıb. Sentyabrın sonunda bu istiqamətdə birbaşa uçuşlar üçün biletlər satışa çıxarılmayıb, birbaşa olmayan uçuşların qiyməti adambaşına bir tərəfə 178,5 min rubldan başlayıb. Hazırda Moskva və ya Sankt-Peterburqdan İstanbula oktyabrın 26-sı tarixi üçün aviabiletlərin qiyməti baqajsız 20 min rubldan başlayır. ATOR-un bildirdiyinə görə, baqajla birbaşa uçuş Sankt-Peterburqdan 26 min rubldan, Moskvadan isə 27,6 min rubldan başlayır.

Rusiyadan Daşkənd, Tbilisi və Dubaya biletlər də ucuzlaşıb. Ümumilikdə, assosiasiyanın məlumatına görə, Rusiyadan xaricə uçuşların qiyməti sentyabrın sonu ilə müqayisədə istiqamətdən asılı olaraq 4-10 dəfə ucuzlaşıb. Apa



Xəbəri paylaş

1141 dəfə oxunub.

Digər xəbərlər