Saytımızı qiymətləndirin


 
 

Zəngilan Hava Limanına beynəlxalq status verildi - SƏRƏNCAM
Tarix: 14-10-2022 | Saat: 15:42
Bölmə:Karusel | çapa göndər

Zəngilan Hava Limanına beynəlxalq status verildi - SƏRƏNCAM

Zəngilan Hava Limanına beynəlxalq status verilib.

 

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

 

Sərəncamda deyilir:

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təkliflərini nəzərə alaraq:

 

1. Zəngilan rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Zəngilan Hava Limanına beynəlxalq status verilsin.


2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Zəngilan Hava Limanına bu Sərəncamın 1-ci hissəsi ilə beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin.


3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.



Xəbəri paylaş

151 dəfə oxunub.

Digər xəbərlər