Saytımızı qiymətləndirin


 
 

41 vergi əməkdaşı korrupsiyaya görə işdən çıxarılıb
Tarix: 14-10-2022 | Saat: 14:00
Bölmə:Karusel | çapa göndər

41 vergi əməkdaşı korrupsiyaya görə işdən çıxarılıb

Dövlət Vergi Xidmətinin Daxili Təhlükəsizlik Baş İdarəsi tərəfindən son beş ildə korrupsiya ilə bağlı hüquqpozmalar və digər neqativ hallar üzrə aparılmış xidməti araşdırmalar nəticəsində vergi orqanının 41 əməkdaşının xidmətinə xitam verilib, o cümlədən 33 əməkdaş barəsində toplanmış materiallar törədilmiş əməllərə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

 

Bu barədə Qarabaginfo.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib.

 

Məlumata əsasən, korrupsiya ilə əlaqədar aşkarlanmış hüquqpozma hallarına hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmiş materialların sayı onu deməyə əsas verir ki, vergi sistemində korrupsiya hallarının qarşısının alınması, korrupsiyaya yol vermiş şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi və bu halların yaranmasına yol açan mexanizmlərin ləğv edilməsi istiqamətində nəticəyönümlü işlər görülür və onlar kifayət qədər effektlidir.



Xəbəri paylaş

122 dəfə oxunub.

Digər xəbərlər