Saytımızı qiymətləndirin


 
 

XİN rəhbəri: Ermənistanla danışıqlarda sülh müqaviləsi məsələsinə xüsusən fokuslanacağıq
Tarix: 14-10-2022 | Saat: 10:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

XİN rəhbəri: Ermənistanla danışıqlarda sülh müqaviləsi məsələsinə xüsusən fokuslanacağıq

Azərbaycan tərəfi olaraq ən azından xarici işlər nazirlərinin cavabdeh olduğu postmünaqişə nizamlanması sahəsinə, o cümlədən az əvvəl görüşdə müzakirə etdiyimiz sülh müqaviləsi məsələsinə xüsusən fokuslanacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Astanada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü zamanı deyib.

Azərbaycan XİN başçısı Ceyhun Bayramov üçtərəfli formatın mayda baş tutan sonuncu görüşündən sonra bir sıra çoxtərəfli və ikitərəfli əsasda kontaktların olduğunu bildirib.

“Düşünürəm ki, bu baxımdan ötən dövr ərzində gedən inkişafı gözdən keçirmək, məsələləri müzakirə etmək faydalı olardı”, - o deyib.

Ceyhun Bayramov əlavə edib ki, sülh nizamlanmasının digər məsələləri: dövlət sərhədinin delimitasiyası, kommunikasiyaların açılması, həmçinin, humanitar xarakterli məsələləri də müzakirə ediləcək.



Xəbəri paylaş

1138 dəfə oxunub.

Digər xəbərlər