Saytımızı qiymətləndirin


 
 

Rusiya Ermənistan və Azərbaycana növbəti üçtərəfli sammitin keçirilməsini təklif edir
Tarix: 12-10-2022 | Saat: 18:31
Bölmə:Karusel / Manşet | çapa göndər

Rusiya Ermənistan və Azərbaycana növbəti üçtərəfli sammitin keçirilməsini təklif edir

Rusiya Ermənistan və Azərbaycana növbəti üçtərəfli sammitin keçirilməsini təklif etmək niyyətindədir, yaxın gələcəkdə onun keçirilmə tarixlərinin razılaşdırılması planlaşdırılır. 

Qarabaginfo.az-ın məlumatına görə, bunu jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Biz növbəti sammitin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli formatda keçirilməsini təklif edəcəyik və ümid edirik ki, yaxın gələcəkdə onun keçirilmə tarixlərini razılaşdıra biləcəyik”, - deyə RF Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi vurğulayıb.

Uşakov qeyd edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına fəal töhfə verir.

“Moskva hesab edir ki, davamlı sülhə nail olmaq və regionda bütün problemlərin həllinin açarı Rusiya Prezidentinin fəal iştirakı ilə əldə edilmiş üçtərəfli razılaşmaların həyata keçirilməsindədir".

Uşakov Astanada Putininin Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək danışıqlar aparacağını da söyləyib.



Xəbəri paylaş

1156 dəfə oxunub.

Digər xəbərlər