Saytımızı qiymətləndirin


 
 

Rusiya masaya qayıdır: Lavrov, Bayramov və Mirzoyan yenidən bir arada
Tarix: 12-10-2022 | Saat: 11:24
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya masaya qayıdır: Lavrov, Bayramov və Mirzoyan yenidən bir arada

Rusiyanın təşəbbüsü ilə oktyabrın 14-də Astanada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır.

Qarabaginfo.az“Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

A. Mirzoyanın azərbaycanlı həmkarı C. Bayramovla təkbətək görüşü də planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin ötən həftə Praqada baş tutan görüşü ciddi müzakirələrə səbəb olmuşdu. Aİ Şurası prezidenti Şarl Mişelin və Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə gerçəkləşən bu görüşdən sonra Rusiyanın oyundankənar qalacağı ilə bağlı versiyalar ortaya çıxmışdı. Lakin Praqa görüşündən dərhal sonra Rusiyanın münaqişə tərəflərini bir araya gətirməsi şimal qonşumuzun təşəbbüsü əldən verməmə cəhdi kimi də qiymətləndirilə bilər.(Yenisabah)



Xəbəri paylaş

1145 dəfə oxunub.

Digər xəbərlər