Tarix: 11-10-2022 | Saat: 11:47
Bölmə:Karusel | çapa göndər
Kollektiv Qərb Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin sonuna qədər sülh sazişi imzalamasını tələb edir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Nəşr mözu ilə bağlı məqaləsində qeyd edir:
“Mənbəmizin sözlərinə görə, bu məsələ oktyabrın 6-da Praqada bağlı qapılar arxasında müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sazişin imzalanmasını noyabrın 9-da təklif etdiyi barədə məlumat da var”.
Qəzet xatırladır ki, Ermənistan iki il əvvəl, eyni gündə təslim olmaq haqqında üçtərəfli bəyanata imza atıb.
“Azərbaycan rəhbərliyi indi qələbəsini təkrarlamaq istəyir. Paşinyan buna etiraz edərək bildirib ki, həmin günün erməni xalqı üçün pis simvolik mənası var. İnsanlar güman edə bilər ki, sülh müqaviləsi Ermənistan üçün yeni qapılar açmayacaq, çünki o, hamını razı salmağa çalışır, sazişin həmin gün imzalanması əksinə, ikinci kapitulyasiyaya çevriləcək. Bundan əlavə, Nikol Paşinyan Azərbaycan qoşunlarının Ermənistan Respublikasının suveren ərazisindən çıxarılması məsələsini qaldıraraq, qoşunlar çıxarılmayana qədər sazişi imzalamayacağını bildirib. Azərbaycan isə Mehridən dəhliz almaq istəyindən geri çəkilməyib. Hətta hakimiyyət orqanları da yeni eskalasiya riskini istisna etmir”, - qəzet qeyd edir.
Digər xəbərlər