Saytımızı qiymətləndirin


 
 

Canni de Byazi: “Rəqabət aparmaq üçün fədakarlıq etməliyik”
Tarix: 09-10-2022 | Saat: 18:04
Bölmə:Karusel / Manşet | çapa göndər

Canni de Byazi, zərbaycan millisinin baş məşqçisi

“Püşkün məhz belə nəticələnməsini istədiyimizi desək, doğru olmazdı”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

 

İtaliyalı mütəxəssis yığmamızın F qrupunda yer almasına münasibət bildirib: “Asan qrup deyil. Rəqiblərimizi ayrı-ayrılıqda dəyərləndirməli olsaq, təbii ki, qrupun aşkar favoriti Belçika millisidir. Eyni zamanda, digər iki komandanı - İsveç və Avstriya millilərini də xüsusi qeyd etməliyik. Belə güclü rəqiblərlə rəqabət apara bilmək üçün daha artıq çalışmalı, daha çox fədakarlıq etməliyik”.

Qeyd edək ki, millimiz DÇ-2024-ün seçmə mərhələsində Belçika, Avstriya, İsveç və Estoniya ilə qarşılaşacaq. İlk oyun gələn ilin matında baş tutacaq. (apasport.az)



Xəbəri paylaş

1119 dəfə oxunub.

Digər xəbərlər