Tarix: 08-10-2022 | Saat: 19:35
Bölmə:Karusel / Manşet | çapa göndər
Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Krım körpüsündə partlayışla bağlı açıqlama verib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "Delfi" nəşri məlumat yayıb.
Nazir bildirib ki, bunun arxasında Ukraynanın dayandığını güman etmək olar.
Onun sözlərinə görə, Ukrayna bəyan edib ki, məqsədi körpünü dağıtmaqdır. O əlavə edib ki, körpü fiziki cəhətdən dağılmayıb, lakin bir hissəsi uçub, dəmir yolu yanı: "Müsbət hal odur ki, nəqliyyat dayanıb".
Reinsalunun sözlərinə görə, körpünün Rusiya üçün mühüm simvolik mənası var, çünki o, Rusiyanın kontinental hissəsini və Krım yarımadasını birləşdirirdi.
Reinsalu bu gün körpünün partladılmasının əvvəlcədən planlaşdırıldığını istisna etmir.
Reinsalunun fikrincə, bu cəsarətli addım idi: "Estoniya, əlbəttə ki, bunu alqışlayır və bu əməliyyatın arxasında duran Ukrayna xüsusi təyinatlılarını təbrik edir".
Digər xəbərlər