Saytımızı qiymətləndirin


 
 

Apteklərdə qeyri-ixtisas şəxslər çalışırlar  - İDDİA
Tarix: 07-10-2022 | Saat: 17:45
Bölmə:Karusel | çapa göndər

Apteklərdə qeyri-ixtisas şəxslər çalışırlar  - İDDİA

“Apteklərdə qeyri-ixtisas şəxslər çalışırlar”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Beynəlxalq Əczaçı Günü və Respublika əczaçılarının 3-cü konfransı zamanı “Əczaçılar Qrupu” İctimai Birliyinin sədri Şövqi Bünyatov deyib.

 

Onun sözlərinə görə, əczaçılıq sektorunda vəziyyət qənaətbəxş deyil:

 

“Biz əczaçılar fəal olmalıyıq. Problemlərin həllində çox şey bizdən asılıdır. Apteklərdə qeyri-ixtisas şəxslər işləyir. İş saatı qeyri-müəyyəndir. İstənilən halda vətəndaş əziyyət çəkir”.

 

Ş.Bünyatov qeyd edib ki, idxal acınacaqlı vəziyyətdədir:

 

“44 günlük müharibə göstərdi ki, idxaldan asılı olmaq yaxşı deyil. Hazırda qonşu ölkələrdəki vəziyyətdən dolayı apteklərə bəzi məhsullar limitlə verilir. İdxaldan asılılığı azaltmaq üçün zavodlar artırılmalıdır. Məhsulun müəyyən hissəsini qarşılamaq üçün 3 zavod kifayət deyil. Beynəlxalq təcrübəni Türkiyə, Gürcüstandan götürə bilərik”.



Xəbəri paylaş

185 dəfə oxunub.

Digər xəbərlər