Saytımızı qiymətləndirin


 
 

“Məni də xarici agent elan edin” – Puqaçova müharibəni pislədi
Tarix: 18-09-2022 | Saat: 19:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sovet pop musiqisinin kraliçası hesab edilən Alla Puqaçova Rusiyanın Ukraynada apardığı müharibəni pisləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, Rusiyada qadağan edilən "Instagram" platformasındakı paylaşımında qeyd edib.

73 yaşlı Puqaçova əri Maksim Qalkinin adının Rusiyada xarici agentlər siyahısına daxil edilməsindən sonra Rusiya Ədliyyə Nazirliyinə müraciət edib: "Məni sevimli ölkəmin xarici agentləri sırasına daxil etməyinizi xahiş edirəm, çünki ərimlə həmrəyəm”.

Puqaçova Rusiyanın Ukraynada apardığı müharibənin "xəyali hədəflər uğrunda" olduğunu bildirib.

SSRİ Xalq artisti paylaşımında müharibə sözünü işlətməyib, lakin Kremlin xüsusi hərbi əməliyyat adlandırdığı müharibəni bəyənmədiyini açıq şəkildə vurğulayıb.

Xatırladaq ki, 46 yaşlı telekomediya aktyoru Maksim Qalkin sentyabrın 16-da xarici agent elan edilib.



Xəbəri paylaş

1150 dəfə oxunub.

Digər xəbərlər