Saytımızı qiymətləndirin


 
 

Anar Eyvazov: Şəhidlərimizin qanı yerdə qalmayıb, düşmən böyük itkilər verərək geri çəkilib
Tarix: 14-09-2022 | Saat: 18:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Anar Eyvazov

Sentyabrın 12-si tarixində gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bir qrup kəşfiyyat diversiya qrupu dövlət sərhədinin Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində ərazi relyefi və dərə boşluqlarından istifadə edərək bölmələrimizin arxasına sızaraq ətrafı minalamağa cəhd göstərib.

Qarabaginfo.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Anar Eyvazov deyib.

Anar Eyvazov qeyd edib ki, bu, ordumuzun bölmələri tərəfindən aşkar edilib: “Bölmələrimiz tərəfindən dərhal zəruri tədbirlər həyata keçirilib və qarşıdurma baş verib. Sentyabrın 13-ü səhərə qədər davam edən döyüşlərdə Silahlı Qüvvələrimizin bir qrup hərbi qulluqçusu ölkəmizin ərazi bütövlüyü uğrunda böyük şücaət göstərərək şəhid olub”.

Anar Eyvazov qeyd edib ki, şəhidlərimizin qanı yerdə qalmayıb: “Adekvat cavab tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulub, düşmənin təxribata cəlb olunmuş canlı qüvvəsi böyük itkilər verərək geri çəkilməyə məcbur edilib”.



Xəbəri paylaş

1166 dəfə oxunub.

Digər xəbərlər