Azərbaycan MN: Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində 50 hərbçimiz şəhid olub
Tarix: 13-09-2022 | Saat: 20:39
Bölmə:Karusel / Gündəm | çapa göndər
1320 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-09-2022 | Saat: 20:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik.
Şəhidlərimizin qanı yerdə qalmadı.
Bildiririk ki, şəhid olmuş hərbi qulluqçularımızın adlı siyahısı ictimaiyyətə əlavə təqdim olunacaq.
Xəbəri paylaş
Digər xəbərlər
21-08-2026, 17:55
“Bu fakt qürur hissi doğurur”
21-05-2021, 11:34
Spiker: “Avropa Parlamentinin “hərbi əsir”lərlə bağlı qətnaməsi, sadəcə, kağız parçasıdır”
30-10-2020, 14:11
Rusiya mediasından Cenevrə görüşü barədə yeni məlumat
29-08-2025, 19:36
Zelenski: Ruslar görüşdən qaçmaq üçün hər şeyi edəcəklər
22-12-2020, 11:04
Milli Məclisin iclası başlayıb
29-03-2022, 11:32
“Türkiyə Putin-Zelenski görüşünə ev sahibliyi etməyə hazırdır”
29-01-2021, 14:19
BNA sürücü və sərnişinlərə müraciət etdi
















