Saytımızı qiymətləndirin


 
 

Erməni general “Lələtəpə əməliyyatı”na görə Paşinyanı SUÇLADI
Tarix: 09-09-2022 | Saat: 17:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanda 44 günlük müharibə zamanı məğlubiyyətlə nəticələnmiş uğursuz “Lələtəpə əməliyyatı” ilə bağlı qarşılıqlı ittihamlar səngimir.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan uğursuz “Lələtəpə əməliyyatı”na görə təkcə Qarabağ separatçılarının “müdafiə ordusu”nun keçmiş komandiri Cəlal Arutyunyanın həbsinə etiraz edib.


“Əgər Cəlal Arutyunyan mühakimə olunursa, ilk növbədə qərarı təsdiqləyən Ermənistanın baş naziri Nikol Paşinyanı da mühakimə etməlidirlər”.
 

General deyib ki, “Lələtəpə əməliyyatı” ilə bağlı qərar qəbul edilən zaman baş komandan kimi Nikol Paşinyan şəxsən iştirak edib.


“Bu gün iki ən yaxşı generalımız həbsdədir (Qarabağ separatçılarının “müdafiə ordusu”nun keçmiş komandirləri Cəlal Arutyunyan və Mikael Arzumanyan-red.), onlara cinayət işi açılıb. Kim ittiham irəli sürüb? Hərbi işlərdən ümumiyyətlə anlayışı olmayan müstəntiq”, - deyə Akopyan hiddətini ifadə edib.


O, təqsirləndirilən şəxslərin sonda bəraət alacaqlarına inandığını vurğulayıb.


Baş nazir Nikol Paşinyanın müharibənin fərqli nəticə verə biləcəyi ilə bağlı dünənki bəyanatını şərh edən Movses Akopyan bu bəyanatla razılaşaraq, hazırkı nəticəyə səbəb kimi idarəetmə səhvini göstərib.


Xatırladaq ki, Qarabağ separatçılarının “müdafiə ordusu”nun keçmiş komandirləri Cəlal Arutyunyan və Mikael Arzumanyan hazırda həbsdədirlər. Arutunyan uğursuz “Lələtəpə əməliyyatı”na görə, Arzumanyan isə Şuşadakı məğlubiyyətlə bağlı həbs olunub.



Xəbəri paylaş

160 dəfə oxunub.

Digər xəbərlər