Saytımızı qiymətləndirin


 
 

Şirvan Milli Parkında ceyran mənzərəsi - VİDEO
Tarix: 30-08-2022 | Saat: 17:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Şirvan Milli Parkında ceyran mənzərəsi - VİDEO

Azərbaycan təbiətinin, Şirvan Milli Parkının özünəməxsus çalarları ceyranlarla daha da gözəl görünür desək, yanılmarıq. Ceyranlar milli parkın düzənliklərinə özünəməxsus gözəllik qatıb.

Qarabaginfo.az  xəbər verir  ki, Şirvan Milli Parkı yaradıldıqdan sonra ceyranların nəslinin kəsilməsi təhlükəsi aradan qaldırılıb və hazırda Azərbaycanda ən böyük ceyran populyasiyasının yayıldığı ərazi Şirvan Milli Parkıdır. 

Şirvan Milli Parkında ceyran sürülərinin gözoxşayan və diqqətçəkən görüntülərini Sizinlə bölüşürük.

Beynəlxalq ekspertlərin iştirakı ilə aparılmış sayğılar nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərində ceyran populyasiyasının sayının ümumilikdə 7 mindən çox, təkcə Şirvan Milli Parkı ərazisində isə 6 mindən artıq olduğu müəyyən edilib.


Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər