Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri bildirib. Erməni nəşri mövzunu belə davam etdirib: “Dünən hökumət qərar verib ki, sentyabrın 1-dən pensiyalar 2-3 min dram artırılsın. Təbii ki, böyük inflyasiya fonunda pensiyaların bu cüzi artımının insanların həyatında heç bir əhəmiyyəti ola bilməz. Xüsusən də hakimiyyət nümayəndələrinin milyonluq maaşları fonunda bu, ən azı camaatın ələ salınmasıdır.
Buna baxmayaraq, əlimizdə Paşinyanın hakimiyyət dəyişikliyi hazırladığına dair məlumatlar var. O, küçə hərəkatının yenidən aktivləşəcəyi və hakimiyyət üçün cüzi təhlükə yaradacağı zaman bəzi nazirlərin, hökumət üzvlərinin istefaya getməsi ilə bağlı sərəncamlar imzalayacaq. Təbii ki, bunun da ictimaiyyətin narazılığına səbəb olacağı gözlənilir.
Milli razılaşmanın və ya kompromis hökumətinin formalaşdırılması üçün atılan addımlar müstəvisinə bunu əlavə edə bilərik. Əldə etdiyimiz digər bir məlumata görə isə mümkün partnyorlar arasında xarici işlər naziri vəzifəsinə iddialı olan Edmon Marukyan və 1-2 nazir portfeli, xüsusən də baş nazirin müavini vəzifəsinə iddialı iqtisadiyyat naziri Aram Sarkisyan daxildir”.