Paşinyanın istefası tələbi ilə aksiya keçirilir
Tarix: 23-08-2022 | Saat: 20:46
Bölmə:Karusel / Gündəm | çapa göndər
1344 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 23-08-2022 | Saat: 20:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

İrəvanın Respublika meydanında bir neçə yüz nəfər müxalifət fəalı Baş nazir Nikol Paşinyanın istefasını tələb etmək üçün toplaşıb.
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, aksiyanın təşəbbüskarı, Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryanın sözlərinə görə, müxalifətçilər Paşinyanla görüş keçirmək niyyətindədirlər:
“Gündəlikdə yalnız bir məsələ var - onun istefası. Məndə elə təəssürat yaranıb ki, o, hökumət binasında deyil, amma eybi yoxdur, bura gələ bilər. Vergi ödəyiciləri onun üçün 2 milyon dollarlıq avtomobil alıblar, onun vertolyotu da var. Onlardan istifadə etsin və bizimlə görüşə hökumət binasına gəlsin”.
Meydana toplaşanlar hökumət əleyhinə şüarlar səsləndirirlər. Polis yüksək hazırlıq vəziyyətindədir. Hökumət binasının qarşısında kordon qurulub.
Xəbəri paylaş
Digər xəbərlər
16-12-2021, 14:42
Şahin Mustafayev: "Azərbaycan Rusiyanın Qafqazda əsas tərəfdaşıdır"
6-04-2022, 17:35
Muğanlı-İsmayıllı-Qəbələ yolundan yeni görüntülər
20-11-2021, 21:43
Tağı Əhmədovun sələmçilikdə batan 2 milyonu
25-10-2021, 19:01
Hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
29-05-2025, 11:39
"Azərkosmos"un ixrac gəlirləri açıqlanıb
8-09-2023, 13:45
Sabahın havası - Külək, leysan, dolu...
21-09-2026, 22:31
Zelenski: ABŞ-la dialoq aparılır, sülhə yaxınlaşmaq üçün təkliflər var
22-12-2025, 13:36
Bu ailələrə 200 manat - Birdəfəlik maddi yardım veriləcək













