Putinin tulası Baltikyanı ölkələrə rus qoşunlarının yeridiləcəyi ilə təhdid etdi...
Tarix: 20-08-2022 | Saat: 16:13
Bölmə:Karusel / Region | çapa göndər
1288 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-08-2022 | Saat: 16:13
Bölmə:Karusel / Region | çapa göndər

"Yaxşı, biz indi rusdilli əhalinin müdafiəsi üçün Baltikyanıya qoşun yeritsək, NATO ölkələri yerindən tərpənəcəkmi?..:
"Rusiya nüvə silahından da istifadə etməyə hazırdır..."
Rusiyalı təbliğatçılar rusiyalıları Avropa İttifaqı ölkələrinə buraxmamaq barədə mümkün qərara sərt reaksiya verib...
Məşhur rusiyalı teleaparıcı Vladimir Solovov Avropa İttifaqının üzünü rusiyalılara bağlayacağı təqdirdə rus qoşunlarının Baltikyanı ölkələrə yeridiləcəyi ilə təhdid edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə o, özünün "Solovyov LİVE" proqramında bəyan edib.
Rusiya vətəndaşlarının Avropaya girişinə sərt və güclü məhdudiyyət qoyulmasına ən çox Latviya, Litva və Estoniya tərəfdardır.
"Yaxşı, biz indi rusdilli əhalinin müdafiəsi üçün, - Latviyada onlar əhalinin 40 faizini təşkil edir, - qoşunlarımızı yeridərik.
NATO ölkələri yerlərindən tərpənəcəkmi? Berlin, Paris, London, Brüssel bizim raketlərdən yanmağa hazırdırmı?
Amerika özlərinin nasist xisləti ilə rusdillilərin hüquqlarını pozan Baltikyanılar uğrunda döyüşə girməyə hazırdırmı?", - o, bəyan edib və vurğulayıb ki, Rusiya nüvə silahını da tətbiq etməyə hazırdır.
Bundan öncə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç, onun sözlərinə görə, "yaxşı ruslardan və pis belaruslardan qaçmaq" istəyənləri tənqid edib.
O, deyib ki, "incə məqamlardan baş çıxarmaq çətindir, amma hamıya nifrət etmək və hamını inkar etmək sadədən sadədir". (Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
18-04-2023, 17:17
İsrail xarici işlər naziri Azərbaycana gəlib
28-04-2023, 22:19
Azərbaycan Kommunist Partiyası 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi gününü qeyd edəcək
12-04-2024, 20:22
Britaniyada PUA-ları sıradan çıxarmaq üçün yeni silah hazırlanıb
30-09-2026, 14:40
Azərbaycanda sabahdan illik 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək
8-09-2025, 14:48
“JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib
28-06-2022, 17:33
Bakıda məktəb binası YANIR
31-10-2021, 19:29
Ramilin ekstradisiyası necə gerçəkləşdi? - Macarıstandaki sabiq səfirimiz yazır...
11-07-2023, 10:59
Putinin imici darmadağın oldu: Kəşfiyyat yeni əməliyyatın anonsunu verdi

















