"ABŞ Krıma zərbələr zamanı Kiyevə Amerika silahından istifadə etməyə icazə verib"
Tarix: 20-08-2022 | Saat: 12:01
Bölmə:Karusel / Region | çapa göndər
1267 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-08-2022 | Saat: 12:01
Bölmə:Karusel / Region | çapa göndər
"Biz hədəfləri seçmirik və bizim təqdim etdiklərimiz özünümüdafiə üçün nəzərdə tutulub"
"ABŞ Kiyevin zəruri hesab edəcəyi tədqirdə Krıma zərbələri dəstəkləyəcək..."
Vaşinqton Ukrayna ordusuna Krımdakı hərbi hədəflərə zərbələr zamanı Amerika silahından istifadə etməyə icazə verib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Amerikanın "Politico" nəşri Ağ evin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
"Əlbəttə, biz hədəfləri seçmirik və bizim təqdim etdiklərimiz özünümüdafiə üçün nəzərdə tutulub, - nəşrin mənbəyi bəyan edib. - Onların suveren Ukrayna torpağında təqib etməyə qərar verdiyi istənilən hədəf mahiyyətcə özünümüdafiədir".
Bu zaman nəşrin həmsöhbəti vurğulayıb ki, ABŞ-ın mövqeyinə görə, "Krım Ukraynadır".
"Heç bir ukraynalı siyasətçi və ya dövlət xadimi Kiyevin "Krım kampaniyasında" əli olduğunu açıq şəkildə etiraf etməyib", - "Politico" yazır. - Lakin Ukraynanın müdafiə naziri Aleksey Reznikov "Amerikanın səsi"nə müsahibəsində bəyan edib ki, Ukrayna işğal edilən əraziyə ABŞ-ın verdiyi silahla zərbələr endirəcəyini istisna etmir".
"Əgər biz bu gün Ukraynanın düşmənin dislokasiya edildiyi müvəqqəti işğal edilən ərazilərindən danışırıqsa, o zaman buna uyğun olaraq bizim üçün belə məhdudiyyətlər yoxdur", - anonim amerikalı siyasətçi dəqiqləşdirib və vurğulayıb ki, "Ukraynanın hüquqi cəhətdən tanınmış daxili sərhədlərində heç bir atəş onsuz da olmayacaq".
Nəhayət, Amerika administrasiyasının yüksək vəzifəli nümayəndəsi bəyan edib ki, ABŞ, Kiyev bunu zəruri hesab edərsə, Krıma zərbələri dəstəkləyir.
Kiyevdə ABŞ-ın bu dəstəyi Ukrayna rəhbərliyi tərəfindən "eşidilib".(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
28-08-2020, 16:58
Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı müəyyənləşdi
27-10-2022, 13:58
XİN Bərdənin bombalanması ilə bağlı paylaşım edib: Ermənistanın cəzasızlığına son qoyulmalıdır
16-01-2022, 23:11
Xankəndi və ətraf rayonlarda özlərinə səngər və ya gor qazan separatçılara niyə münbit şərait yaradılır?
15-08-2025, 23:39
Tramp və Putin arasında danışıqlar başlayıb
17-09-2021, 10:33
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
17-01-2022, 21:14
Yol-nəqliyyat hadisələri ilə bağlı ümumi xilasetmə fəaliyyətinin təşkili qaydaları təsdiq edilib
3-12-2025, 11:51
Bu görüntülər müzakirə yaratdı - Fotolar
20-05-2022, 18:59
Fransanın yeni xarici işlər naziri təyin olunub
2-10-2021, 16:24
“Uzanmışdım, hərəkətləri yadıma düşdü, öldürmək istədim” - Gəlini və oğlunu baltalayan ata
27-05-2023, 14:52
"Azərsu"dan MTK-lara xəbərdarlıq















