Saytımızı qiymətləndirin


 
 

Azyaşlıları xilas edib, özləri həlak oldu: Saatlıda faciə
Tarix: 20-08-2022 | Saat: 11:53
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azyaşlıları xilas edib, özləri həlak oldu: Saatlıda faciə Saatlıda azyaşlıları boğulmaqdan xilas etməyə çalışan iki nəfər boğularaq ölüb.

Qarabaginfo.az xəbər verir ki, avqustun 19-u, saat 19 radələrində Saatlı rayonu Qıraqlı kənd sakinləri – 1979-cu il təvəllüdlü Sübhan və qardaşı oğlu 1992-ci il təvəllüdlü Əkrəm Astanovun suda boğularaq ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, birlikdə Araz çayının rayonun Musalı kəndindən keçən hissəsində balıq ovu edən zaman Sübhan və Əkrəm sonuncunun suya düşən azyaşlı iki uşağını xilas edərkən özləri suda boğularaq ölüb.

Azyaşlılar yaxınlıqda balıq ovlayan şəxslər tərəfindən suda boğulmaqdan xilas edilərək xəstəxanaya yerləşdirilib, hazırda səhhətləri qənaətbəxşdir.

Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər