Saytımızı qiymətləndirin


 
 

İcra başçısı: "Qubanın Vəlvələ kəndindəki yanğınla bağlı günahkarlar öz cəzalarını alacaqlar"
Tarix: 19-08-2022 | Saat: 19:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qubanın Vəlvələ kəndindəki yanğın hadisəsi hüquq-mühafizə orqanlarında araşdırılacaq, günahkarlar öz cəzalarını alacaqlar.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib.
Onun sözlərinə görə, hadisə ilkin ehtimallara görə, insan ehtiyatsızlığı nəticəsində baş verib.

Yanğının söndürülməsində FHN və ETSN-nin əməkdaşları ilə yanaşı, yerli sakinlər yaxından iştirak ediblər.

"Yanğınla bağlı soyutma işləri aparılır.Heç bir insan tələfatı olmayıb. Hava şəraiti imkan versə, 2 gün ərzində yanğını tam söndürmək mümkün olacaq. Quba rayonunda fərdi təsərrüfatlara heç bir zərər dəyməyib", - Z.Əliyev deyib.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xaçmaz, Bakı, Salyan, Şamaxı və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri, 2 helikopter, 1 amfibiya tipli təyyarəsi və canlı qüvvəsi cəlb edilib.



Xəbəri paylaş

1180 dəfə oxunub.

Digər xəbərlər