Ana Sayfa > Karusel / Gündəm > İcra başçısı: "Qubanın Vəlvələ kəndindəki yanğınla bağlı günahkarlar öz cəzalarını alacaqlar"
İcra başçısı: "Qubanın Vəlvələ kəndindəki yanğınla bağlı günahkarlar öz cəzalarını alacaqlar"19-08-2022, 19:19. Yazar: Admin |
Qubanın Vəlvələ kəndindəki yanğın hadisəsi hüquq-mühafizə orqanlarında araşdırılacaq, günahkarlar öz cəzalarını alacaqlar. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib. Yanğının söndürülməsində FHN və ETSN-nin əməkdaşları ilə yanaşı, yerli sakinlər yaxından iştirak ediblər. "Yanğınla bağlı soyutma işləri aparılır.Heç bir insan tələfatı olmayıb. Hava şəraiti imkan versə, 2 gün ərzində yanğını tam söndürmək mümkün olacaq. Quba rayonunda fərdi təsərrüfatlara heç bir zərər dəyməyib", - Z.Əliyev deyib. Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xaçmaz, Bakı, Salyan, Şamaxı və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri, 2 helikopter, 1 amfibiya tipli təyyarəsi və canlı qüvvəsi cəlb edilib. Geri dön |