Saytımızı qiymətləndirin


 
 

“Daşnaklar və millətçilər Zabuxa doluşub” - Laçından qayıdan jurnalist 
Tarix: 18-08-2022 | Saat: 10:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

Lacin ve Zabux bu tarixe qeder BOSALDILMALIDIR

“Haqqın.az” saytının baş redaktoru Eynulla Fətullayev dünən Qarabağdakı Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında olan Laçın şəhəri və Zabux kəndində olub.

Qarabaginfo.az "Modern"ə istinadən xəbər verir ki, artıq Laçından Bakıya qayıdan jurnalist təəssüratlarını bölüşüb.

Eynulla Fətullayevin sözlərinə görə, Laçın şəhərini tərk edən ermənilər evləri söküb özləri ilə aparırlar. O, Zabux kəndində 1-2 evin yandırıldığını, böyük əksəriyyətinin isə salamat olduğunu qeyd edib. Jurnalist Zabuxda qanunsuz yaşayan erməni sakinlərin əksəriyyətinin kənddən çıxdığını bildirib. Əvəzində kəndə separatçılar və millətçilər doluşub.

E.Fətullayevin sözlərinə görə, erməni millətçilər arasında Zabux kəndi ilə bağlı şiddətli ehtiraslar var.

“Erməni işğalçı administrasiyası Cenevrə konvensiyalarına zidd olaraq bu kənddə qanunsuz məskunlaşma həyata keçirib - Suriyadan və Livandan olan insanları yerləşdirib. Elə kənd administrasiyasının başçısı da Livan ermənisi Andranik Çavuşyandır”.

Zabuxda azərbaycanlılara tanış olan separatçı simalarla rastlaşdığını qeyd edən E.Fətullayev onlardan birinin adını da çəkib - Arşak Zakaryan.


“Bəli, bəli, Kəlbəcər üçün göz yaşı tökən, Cəbrayılın qapısında dayanıb Bakını qaçılmaz işğalla hədələyən həmin fiqur – İrəvandan olan hərbi bloger”,- deyə E.Fətullayev Zabux səfərilə bağlı qeydlərində bildirib


O, Zabuxda “Daşnaksütyun”un tanınmış simalarını,  Birinci Qarabağ müharibəsi zamanı döyüşmüş revanşistləri də görüb.


“Zabuxda kiçik, lakin güclü qəzəbi olan dəstə var idi. Evlər yandırılacaqmı? İcma rəhbəri Çavuşyan suala  qeyri-müəyyən cavab verdi: “Bu, erməninin öz mülkünə münasibətindən asılıdır. İnsanların evlərini yandırmasına mane ola bilmərik"” .


Jurnalistin “doğrudanmı azərbaycanlılarla ermənilərin birgə dinc yaşamasına nail olmaq mümkün deyil” sualını İrəvandan Zabuxu “qorumağa” gəlmiş Arşak Zakaryan sərt qarşılayıb.


“Zakaryan 1990-cı illərdən tanınmış daşnak Minasyanı əmin edirdi ki, o, bura Zabux ermənilərini xilas etmək üçün gəlib...

…Sakinlər artıq kənddən çıxıblar, 5-10 nəfər qalıb, Amma İrəvandan millətçi fəallar gəlib, əslində kəndi onlar qoruyur. Görüşdüm, söhbətləşdim onlarla. Amma istəməsələr belə çıxacaqlar, maksimum 1 sentyabrda”, - E.Fətullayev Laçın səfəri ilə bağlı söhbətin yekununda bildirib.


Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşalmaq üçün avqustun 25-nə kimi vaxt verib.



Xəbəri paylaş

201 dəfə oxunub.

Digər xəbərlər