Çin Xalq Azadlıq Ordusunun əsgərləri Rusiyada keçiriləcək "Vostok-2022" təlimində iştirak edəcək. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.

Avqustun 30-dan sentyabrın 5-dək Şərq Hərbi Dairəsinin qoşunları "Vostok-2022" strateji komanda-qərargah təlimi keçirəcək. Manevrlər Şərq Hərbi Dairəsinin 13 poliqonunu əhatə edəcək, onlar həmçinin Hava-Desant Qoşunlarının, Uzaqmənzilli və Hərbi Nəqliyyat Aviasiyasının qoşunları, eləcə də xarici hərbçilərin iştirakı ilə keçiriləcək.

"İki ölkənin silahlı qüvvələri arasında illik əməkdaşlıq planına və tərəflərin razılaşmalarına əsasən, Çin ordusu tezliklə "Vostok-2022" təlimlərində iştirak etmək üçün qüvvələrin bir hissəsini Rusiyaya ayıracaq və göndərəcək", - nazirlik bildirib.