Saytımızı qiymətləndirin


 
 

Göyçayda dərəyə düşən qadın və kişi xilas olunub -FOTO
Tarix: 16-08-2022 | Saat: 10:20
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Göyçayda dərəyə düşən qadın və kişi xilas olunub - YENİLƏNİB 1 - FOTO

Göyçay rayonunda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxslər xilas olunub.

Avqustun 15-də axşam saatlarında Göyçay sakinləri şəhərin şimalındakı dağlıq ərazidə itmiş qoyunları axtararkən naməlum istiqamətdə qayadan dərəyə düşüblər. Qaranlıq vaxtı köməksiz vəziyyətdə qalan 1992-ci il təvəllüdlü Kamran Eminov və 1984-cü il təvəllüdlü Nərgiz İbrahimova adlı şəxslərin xilas olunması üçün FHN-nin "112" qaynar xətt mərkəzinə məlumat verilib. Hadisə yerinə cəlb edilən xilasedicilər itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Xilasedicilər gecə saatlarında əvvəlcə çətin relyefli dağlıq ərazidə itkin düşən şəxslərin yerini müəyyən edib. Qadın və kişinin, eləcə də dərəyə düşən təxminən 15 baş qoyunun çıxarılması üçün işlər görülüb. Onlar xilas olunaraq ailəsinə təhvil verilib. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşıdır.



Xəbəri paylaş

207 dəfə oxunub.

Digər xəbərlər