Saytımızı qiymətləndirin


 
 

TƏBİB: Partlayışda xəsarət alanlardan bir nəfər evə buraxılıb
Tarix: 03-08-2022 | Saat: 23:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

TƏBİB: Partlayışda xəsarət alanlardan bir nəfər evə buraxılıb

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən binada partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

TƏBİB-dən verilən xəbərə görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır stabildir.

 

Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən 1-i barotravma diaqnozu ilə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

1991-ci il təvəllüdlü bir nəfər isə natamam yanıq məhsullarıyla zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xəsarət alanların hər biri kişidir. (apa.az)

 



Xəbəri paylaş

1216 dəfə oxunub.

Digər xəbərlər