Ruslardan tərəfindən müvəqqəti olaraq işğal olunmuş Krımda insanlar Ukraynanın nəzarətinə qayıtmağa hazırlaşır.

Qarabaginfo.az xəbər verir  ki, bu barədə Ukrayna Daxili İşlər və Rabitə Nazirliyinin nümayəndəsi Vadim Skibitski məlumat verib.

"İndi yenidən qruplaşma gedir - düşmən Xerson və Zaporojya istiqamətlərində qüvvələrini yenidən toplamaqda davam edir. Rusiya desantlarından ibarət batalyon taktiki qrupu Ukraynanın materik hissəsinə göndərilmək üçün işğal olunmuş Krıma gəlib. Bundan əlavə, işğalçılar yarımadada hava hücumundan müdafiə sistemini gücləndirirlər. Bunun fonunda partizanlar və işğalçılara qarşı hərəkat fəallaşdı. İnsanlar ora dönəcəyimizə hazırlaşır ”, - Vadim Skibitski bildirib.

Məlumata görə, işğal olunmuş Krımda partizan hərəkatı Ukraynayönlü vərəqələr paylayır və düşmənlərinə qisas alacağını vəd edir. 

Yarımadada işğalçılar hava hücumundan müdafiə sistemini gücləndirirlər: