Saytımızı qiymətləndirin


 
 

Vahid Ələkbərov 3,92 milyard dollar itirib
Tarix: 02-08-2022 | Saat: 10:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

Vahid Ələkbərov 3,92 milyard dollar itirib

Rusiyanın ən zəngin biznesmenləri 2022-ci ilin əvvəlindən 60,25 milyard dollar itiriblər. Ən çox itki isə “Severstal”ın direktorlar şurasının sədri Aleksey Mordaşovda olub. Onun sərvəti 8,2 milyard dollar azalıb və 20,6 milyard dollar təşkil edib.

Qarabaginfo.az xəbər verir ki, bu, “Bloomberg” agentliyinin məlumatında öz əksini tapıb.

“Bloomberg Billionaires Index”in məlumatına görə, ilin əvvəlindən “Novatek”in sədri Leonid Mixelson 5,73 milyard dollar itirib. Onun sərvəti 26,7 milyard dollaradək azalıb.

“Novolipetsk” Dəmir və Polad Zavodunun (NLMK) direktorlar şurasının sədri Vladimir Lisin 5,5 milyard dollar itirib. Onun sərvəti 22,5 milyard dollar təşkil edir.

Siyahıda, həmçinin “Metalloinvest” holdinqinin sahibi Alişer Usmanov yer alıb. Onun sərvəti 894 milyon dollar azalıb və hazırda 20,4 milyard dollar təşkil edir.

“Lukoil”in eks-prezidenti Vahid Ələkbərov 3,92 milyard dollar itirib. Hazırda onun sərvəti 17,8 milyard dollar təşkil edir.



Xəbəri paylaş

234 dəfə oxunub.

Digər xəbərlər
19-02-2018, 10:26 Şahdağa 53 sm qar yağıb