Saytımızı qiymətləndirin


 
 

“Qarabağ” - “Ferentsvaroş” oyununun biletləri satışa çıxarılır
Tarix: 30-07-2022 | Saat: 19:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Qarabağ” - “Ferentsvaroş” oyununun biletləri satışa çıxarılır

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Ferentsvaroş” (Macarıstan) oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, sözügedən matçın biletləri sabah - iyulun 31-i saat 11:00-dan satışa çıxarılacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.

Satış məntəqələri:

- Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;

- Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);

- Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək).

- “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində (11:00-dan 22:00-dək).

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.



Xəbəri paylaş

1218 dəfə oxunub.

Digər xəbərlər