Tarix: 30-07-2022 | Saat: 12:18
Bölmə:Karusel / Qarabağ | çapa göndər
"Artsaxa nifrət edən Rusiyaya nifrət edir. Artsaxa daş atan Rusiyaya daş atır".
Qarabaginfo.az moderatora.az-a istinadən xəbər verir ki, bu separatçı və terrorçu xislətli fikirləri Ermənistanın 24news.am kanalına müsahibəsində Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiyanın "sülhməramlı" adlanan hərbi kontingentinin nəzarətində qalmış Xankəndi şəhərində elə həmin kontingentin himayəsində bəslənib sülənən separatçı-terrorçu rejimin "xarici işlər naziri" adlanan David Babayan çərənləyib.
D.Babayan bu fikirləri söyləməklə 1988-1991-ci illlərdən bəri Azərbaycanın Qarabağ torpaqlarında separatçı-terrorçu erməni rejiminin məhz Kremldəki şovinist, imperiyapərəst xislətli hakimiyyət mənsublarının rəhbərliyi ilə qondarıldığını və bu gün də Azərbaycanın öz ərazi bütövlüyünü tam təmin etməsinin qarşısını almaq üçün onlar tərəfindən dəstəkləndiyini təsdiqləyib...
Digər xəbərlər