Saytımızı qiymətləndirin


 
 

Şuşanın bu kəndində hektarlarla sahə alova büründü…-FOTO
Tarix: 28-07-2022 | Saat: 17:36
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Şuşanın bu kəndində hektarlarla sahə alova büründü…-FOTO
Azərbaycan Respublikası Şuşa rayonunun müvəqqəti(!) olaraq Rusiyanın nəzarətində qalan Malıbəyli kəndi ərazisində yanğın baş verib.
Qarabaginfo.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı-terrorçu nəşrlər məlumat yayıb.
 
Məlumatda deyilir ki, yanğın barədə informasiya separatçı-terrorçu rejimin qanunsuz “yanğınsöndürmə xidməti”nə dünən – iyulun 27-də gündüz yerli vaxtla saat 13:00 radələrində daxil olub.  Məlum olub ki, Malıbəyli kəndi ərazisində 3 hektara yaxın otluq və kolluq sahə yanıb. Saat 14:00 radələrində yanğın söndürülüb.
 
Zəruri arayış və xatırlatma:
 
30 ildən çox davam edən işğal illərində  faktiki Xankəndi şəhərinin əazisinə birləşərək “Stepanakertin Açapnyak məhəlləsi” adlanan Malıbəyli — Azərbaycan Respublikasının Şuşa rayonunun Malıbəyli kənd inzibati ərazi dairəsində kənddir. Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 km şimalda, dağətəyi ərazidə yerləşir. Malıbəyli Xankəndindən avtomobil yolu ilə cəmi 2,5 kilometr məsafədə yerləşirdi, Şuşadan 18, Ağdamdan isə 51 kilometr aralı idi. Kəndin dörd bir tərəfi erməni kəndləri ilə əhatələnmişdi.
 
1992-ci il 11 fevral tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
 
Malıbəyli yaşayış məntəqəsi XVIII əsrin axırları və XIX əsrin əvvəllərində sahibkar Malıbəyə məxsus ailələrin Malıbəy kəndindən köçüb bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Malıbəy (şəxs adı) və -li (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəldilmişdir. 1912-ci ildə nəşr olunmuş Qafqaz təqvimi jurnalında  Yelizavetpol quberniyasının Şuşa qəzasına aid edilən kəndin əhalisi 1.060 nəfər təşkil edir, onların əksəriyyəti tatar kimi qeyd olunan azərbaycanlılardan ibarətdir. 1921-ci ildə aparılmış siyahıya almanın nəticələrinə əsasən kənddə 942 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət idi. 1986-cı ildə aparılan siyahıya almanın nəticələrinə görə kənddə 1224 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət olub.
 
Kənd Qarabağ müharibəsi dövründə böyük ziyan görüb, bir neçə dəfə erməni qüvvələri kəndə hücumlar təşkil edib. Kəndə edilən hücumların bir neçəsi qeydə alınıb.
 
23 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli kəndində 1 nəfər qətlə yetirilmişdir.
 
29 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli, Kosalar, Qeybalı kəndində 16 nəfər dinc sakin qətlə yetirilmişdir.
 
17 yanvar 1992-ci ildə Şuşa rayonunun Kosalar və Malıbəyli kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
 
25 yanvar 1992-ci ildə Şuşa rayonunun Xəlfəli və Malıbəylə kəndlərinə silahlı basqın nəticəsində 4 nəfər qətlə yetirilmişdir.
 
1992-ci il fevralın 8-dən 12-dək Malıbəyliyə 366-cı polk və Xankəndində yaşayan erməni özünümüdafiə dəstələri hücum etdilər. Bu hücum davamlı olaraq 5 gün çəkdi... 
 
Nəhayət, 1992-ci ilin fevralın 10-dan 11-nə keçən gecə kənd ermənilər tərəfindən tutularaq tamamilə yandırılıb. Nəticədə 50 nəfər dinc sakin həlak olub.
 
1992-ci il oktyabrın 10-da Malıbəyli kəndi üzərində Ermənistan ordusunun zenit bölmələri tərəfindən Azərbaycan HHQ-nə məxsus “Su-25” təyyarəsi vurulub. Pilot katapult etsə də, paraşütü açılmadığından həlak olub.
 
Azərbaycan ordusunun 44 günlük müzəffər savaşından sonra Şuşa rayonunun Malıbəyli kəndi müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində qalıb...
(Moderator.az)


Xəbəri paylaş

1206 dəfə oxunub.

Digər xəbərlər