Tarix: 27-07-2022 | Saat: 23:52
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Qarabağ” tarixində ardıcıl olmaqla 9-cu dəfə avrokubokların qrupunda oynayacaq.
Qarabaginfo.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələrək qrupda yerini təmin edib.
İki oyunun yekununda “Sürix”i keçən (3:2, 2:2) Ağdam klubu ən azı Konfrans Liqasının qrupunda olacaq.
Məsələ ondadır ki, Çempionlar Liqasının III təsnifat mərhələsində uğur bu turnirin, uğursuzluq isə Avropa Liqasının pley-offuna daşıyır. Bu da qrup öncəsi son səddir.
Çempionlar Liqasının pley-offunda qələbə bu turnirin, məğlubiyyət Avropa Liqasının qrupuna vəsiqə deməkdir. İkinci dərəcəli turnirin pley-offundakı qələbə həmin yarışın, məğlubiyyət isə Konfrans Liqasının qrupuna vəsiqə verir.
Bir sözlə, Çempionlar Liqasının III təsnifat mərhələsinin hər bir iştirakçısı, o cümlədən “Qarabağ” iki daha nüfuzlu turnirin birinin pley-offunda oynayacaq. Bu da 2014/15 mövsümündən başlayaraq ardıcıl 8 dəfə qrupda mübarizə aparan 9-cu uğurunu rəsmiləşməsi deməkdir.
Qeyd edək ki, “Qarabağ” bir dəfə (2017/18) Çempionlar Liqasının, altı dəfə (2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21) Avropa Liqasının, bir dəfə Konfrans Liqasının (2021/22) qrupunda oynayıb, ötən mövsüm bu səddi adlayaraq pley-offa yüksəlib.
Digər xəbərlər