Saytımızı qiymətləndirin


 
 

Putindən şok təklif: “Baykar“ şirkəti Rusiyada türk dronları istehsal etsin
Tarix: 27-07-2022 | Saat: 14:25
Bölmə:Karusel / Region | çapa göndər

Putindən şok təklif: “Baykar“ şirkəti Rusiyada türk dronları istehsal etsin

Türkiyənin pilotsuz təyyarə istehsalçısı “Baykar”ın BƏƏ-də istehsal müəssisəsi qurur. Vladimir Putinin də Rusiyada oxşar müəssisə qurmaq istədiyi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana bildirib.

Qarabaginfo.az “Middle East Eye”yə istinadla xəbər verir ki, Ərdoğan bunu AKP-nin qrup toplantısında partiyadaşlarına çatdırıb. 

O, Tehrandakı sammit zamanı, son görüşdə Vladimir Putindən PUA istehsalı ilə bağlı müqavilə təklif aldığını açıqlayıb.

Xatırladaq ki, Türkiyənin “Baykar” firmasının dronları Ukraynada Rusiya qüvvələrinə qarşı effektivliyini sübuta yetirmiş modern silah növüdür.

Ərdoğan toplantıda deyib: "Putin mənə “Baykar”la işləmək istədiyini söylədi. O, “Bayakr”ın BƏƏ-də etdiyi kimi, Rusiyada da oxşar fabrik yaratma təklifini irəli sürdü”.

“Baykar” sözçüsü şirkətin BƏƏ-də fabrik qurduğunu təkzib edib. 

Sözçü, həmçinin "Middle East Eye"yə Rusiyanın təklifini şərh etməkdən imtina edib.

Bununla belə, məsələdən xəbəri olan bir mənbə “Baykar”ın həqiqətən də BƏƏ-də istehsal xəttinin yaradılması prosesinə qədəm qoyduğunu bildirib.

“Baykar”ın “Bayraktar TB2” pilotsuz uçan aparatları Liviya, Suriya və Dağlıq Qarabağdakı münaqişələrdə bir neçə düşmənə qarşı sübut edilmiş uğur təcrübəsinə malikdir. Lakin Rusiya Ukraynanı işğal edənə qədər onlar mürəkkəb elektron müharibə imkanlarına və ən müasir hava hücumundan müdafiə sistemlərinə malik hər hansı bir orduya qarşı istifadə edilməyib.

İndiyədək “Baykar” PUA-ları Ukrayna ərazisinin dərinliklərində yerləşdirilən rus qoşunları ilə mübarizədə son dərəcə effektiv olduğunu sübut ediblər.

Ukraynanın müdafiə naziri Oleksii Reznikov 24 fevraldan, yəni Rusiya işğalı başlayandan Ukraynanın Türkiyənin “Baykar” silah şirkətindən 50 silahlı pilotsuz təyyarə aldığını açıqlayıb.(Yenisabah.az)



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər