Saytımızı qiymətləndirin


 
 

KİV: "İsrailin Baş naziri Rusiyaya qarşı “siyasi tədbirlər” hazırlamaq tapşırıb"
Tarix: 25-07-2022 | Saat: 15:02
Bölmə:Karusel / Dünya | çapa göndər

Яир Лапид вступил в должность премьер-министра Израиля

İsrailin Baş naziri Yair Lapid Xarici İşlər Nazirliyinə Rusiyanın yəhudi agentliyi olan “Soxnut”u ləğv edəcəyi təqdirdə ona qarşı “bir sıra siyasi tədbirlər” hazırlamağı tapşırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Israil Hayome” məlumat yayıb.

Bildirilib ki, iyulun 23-də danışıqlar üçün Moskvaya getməli olan İsrail nümayəndə heyəti üçün Rusiya hələ də vizalarla bağlı razılığa gəlməyib.

İsrail parlamentariləri iyulun 23-də “Soxnut”la bağlı iclas keçiriblər. Onlardan bəziləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı “siyasətdə tamamilə dəyişiklik” təklif edib.

İsrailin Rusiyadakı keçmiş səfiri Zvi Magen deyib ki, İsrail hakimiyyəti digər məsələlərlə yanaşı, Qərbin sanksiyalarına qoşula bilər. İsrail Baş nazirinin yaxın günlərdə bütün mümkün tədbirləri nəzərdən keçirəcəyi və qərar verəcəyi gözlənilir.

Qeyd edək ki, İsrail üçün Yəhudi Agentliyi (Yəhudi Agentliyi və ya “Soxnut” kimi tanınır) ən böyük yəhudi qeyri-kommersiya təşkilatıdır. O, 1929-cu ildə Dünya Sionist Təşkilatının şöbəsi olaraq yaradılıb.

O, yəhudilərin diaspordan İsrail torpağına immiqrasiyasını asanlaşdıran və onların İsrail Dövlətinə inteqrasiyasına nəzarət edən əsas təşkilat kimi tanınır. 1948-ci ildən bəri Yəhudi Agentliyi İsrailə 3 milyon immiqrant gətirib və onlara ölkə daxilində “absorbsiya mərkəzlərində” müvəqqəti yerləşdirmə təklif edir.

Yəhudi Agentliyi İsrail Dövlətinin qurulmasında və inkişafında mərkəzi rol oynayıb. David Ben-Qurion 1935-ci ildən onun icraiyyə komitəsinin sədri olub və bu vəzifədə o, 1948-ci il mayın 14-də İsrailin müstəqilliyini elan edib, bundan sonra İsrailin ilk Baş naziri olub. İsrailin qurulmasından əvvəlki illərdə Yəhudi Agentliyi Britaniya Mandatlı Fələstində 1 000-ə yaxın şəhər və kəndin yaradılmasına rəhbərlik edib. Təşkilat bütün dünyada İsrail və yəhudi icmaları arasında əsas əlaqə rolunu oynayır.(Report)



Xəbəri paylaş

1180 dəfə oxunub.

Digər xəbərlər