Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıldı
Tarix: 22-07-2022 | Saat: 19:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıldı

20-23 iyul 2022-ci il tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Koreyaya səfər edib.

Qarabaginfo.az xəbər verir ki, səfər çərçivəsində 21 iyul xarici işlər nazirinin müavini Elnur Məmmədovun, Koreya xarici işlər nazirinin müavini Yo Sınq-benin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələr zamanı ikitərəfli diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinin qeyd olunduğu cari ildə Azərbaycan və Koreya arasında ikitərəfli əlaqələrin hazırkı durumundan məmnunluq ifadə olunub.

Xarici işlər nazirinin müavini Koreyanın yerli media qurumlarından “Korea Times”, “Korea Joongang Daily” və “Aju Ilbo” qəzetlərinin rəhbər şəxsləri və müxbirləri ilə görüşüb və qarşı tərəfin suallarını cavablandırıb.

22 iyul tarixində E.Məmmədov ilə Koreya Respublikası Parlamentinin vitse-spikeri Kim Yonq-cu arasında nəzakət görüşü keçirilib. Görüş zamanı keçən 30 il ərzində Azərbaycan-Koreya əlaqələrinin inkişafında iki ölkə parlamentlərinin oynadığı rol yüksək qiymətləndirilib və bu xüsusda, Koreya Parlamentinin hər zaman nümayiş etdirdiyi açıq və əhatəli əməkdaşlığa görə qarşı tərəfə minnətdarlıq ifadə edilib. 

Həmin gün xarici işlər nazirinin müavini Koreya Respublikası Parlamentində parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri So Byonq-su ilə görüşüb.

E.Məmmədov, həmçinin Koreya İdxalatçılar Assosiasiyasının (KOIMA) sədri Kim Byonq-kvan ilə görüşüb və Azərbaycan mallarının Koreya bazarına idxalı imkanlarına dair fikir mübadiləsi aparıb.

Eyni tarixdə nazir müavini Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) prezidenti Son Hyok-sanq ilə görüş keçirib. Görüş zamanı 1994-cü ildən etibarən KOICA tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yurdundan didərgin düşmüş insanlara göstərilmiş yardımlar və sonrakı dövrlərdə Azərbaycanda həyata keçirilmiş layihələr yüksək qiymətləndirilib və KOICA ilə əməkdaşlığın gələcəkdə də yüksək templə davam etdiriləcəyinə inam ifadə olunub.

 





 



Xəbəri paylaş

1209 dəfə oxunub.

Digər xəbərlər