Saytımızı qiymətləndirin


 
 

Dələduzluqda təqsirləndirilən Ramin Hacılının məhkəmə prosesi davam etdirilib
Tarix: 20-07-2022 | Saat: 21:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar İskəndərov ifadə verib.

Xatırladaq ki Sərdar İskəndərovun adı ittiham aktında keçir. Amma onun və daha bir neçə nəfərin cinayət işi Ramin Hacılının cinayət işindən ayrılaraq başqa icraata verilib. Hazırda həmin iş Baş Prokurorluğun İstintaq İdarəsində davam edir.

Sərdar İskəndərov ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməyib.

Daha sonra hakim şahiddən ofisdən götürülmüş və ona məxsus olan kompüterdə AXCP ilə bağlı bir sıra sənədlərlə maraqlanıb.

Hakim bildirib ki onun kompüterinə baxış keçirilərkən ayrı-ayrı adamların adına AXCP vəsiqələrinin fotofaylları, Əli Kərimlinin adından arayışlar aşkar edilib.

Şahid isə bundan xəbəri olmadığını və kompüterində elə arayış və vəsiqələr görmədiyini diqqətə çatdırıb.

Məhkəmənin növbəti iclası avqustin 3-nə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Avropa Hərəkatının və “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət edən şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Xatırladaq ki, digər şəxslərin cinayət işi ayrıca icraata götürülüb.



Xəbəri paylaş

1175 dəfə oxunub.

Digər xəbərlər