Saytımızı qiymətləndirin


 
 

Ermənistanda əsgəri güllələyən hərbçi saxlanıldı
Tarix: 19-07-2022 | Saat: 12:05
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanda əsgəri güllələyən hərbçi saxlanıldı

 


Ermənistanda iyulun 14-də baş verən əsgər ölümünə görə bir hərbçi saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsində araşdırılan cinayət işi çərçivəsində müddətli həqiqi hərbi xidmət qulluqçusu Arsen Manukyanın ölümünün bir sıra detalları müəyyən edilib. Arsen Manukyanın əsgər yoldaşı həbs edilib.

Saxlanılan hərbçiyə qarşı Cinayət Məcəlləsinin 522-ci maddəsinin 2-ci hissəsinin 2 və 3-cü bəndləri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, 2022-ci ildə iyulun 14-də N saylı hərbi hissəsinin əsgəri Arsen Manukyan döyüş mövqeyində müşahidəçi vəzifəsini yerinə yetirərkən avtomatdan açılan atəşlə öldürülüb.

O, 1 il 1 ay idi hərbi ximət keçirdi.(Yenisabah) 



Xəbəri paylaş

1153 dəfə oxunub.

Digər xəbərlər