Tarix: 14-07-2022 | Saat: 12:40
Bölmə:Karusel / Gündəm | çapa göndər
Avropa Komissiyası Aİ ölkələrinə təbii qaz idxalının artırılması və bu məqsədlə Cənub Qaz Dəhlizinin dəstəklənməsi üzrə Azərbaycanla saziş təklif edib.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Saziş layihəsində qeyd olunur ki, tərəflər, o cümlədən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi ilə ildə azı 20 milyrad kubmetr təbii qazın Aİ-yə ixracı hesabına ikitərəfli təbii qaz ticarətini təşviq edəcək.
Hər iki tərəf Avropaya tədarükün artırılıması üçün bu şəbəkənin genişləndirilməsinin maliyyələşdirilməsini təşviq edəcək.
Sənəddə deyilir ki, gələcək qaz müqavilələri iqlim dəyişiklikləri ilə bağlı Aİ hədəfləri ilə razılaşdırılmalıdır. Bu isə öz növbəsində, xüsusilə, 2030-cu ildən sonra təbii qaz istehlakının kəskin azalmasını tələbə edəcək.
"Tərəflər öz tədarük zəncirlərində metan, parnik qazı tullantılarının minimallaşdırılması üçün səylərini fəallaşdırmalıdır", - sənəddə deyilir.
Layihədə, həmçinin qeyd olunur ki, Aİ və Azərbaycan elektrik enerjisi tədarükü üçün elektrik ötürücü xətlərionin inkişaf imkanlarını tədqiq edəcək, bərpa olunan enerji mənbələrini təşviq edəcək və perspektivdə hidrogen ticarətini müzakirə edəcək.
Digər xəbərlər