Tarix: 11-07-2022 | Saat: 15:13
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Nəticə məni qane etməsə də, oyundan razı qaldım. Bu gün bəzi epizodları sağa-sola xərclədik".
Qarabaginfo.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışında yerli "Sivasspor"a 0:1 hesabı ilə uduzduqları yoxlama oyunu barədə danışarkən deyib.
47 yaşlı mütəxəssis futbolçulardan razı qaldığını söyləyib: "Baxmayaraq ki, son həftə çətin və məşqlər keçmişik".
Rumıniyalı baş məşqçi qarşılaşma ərzində sistemi dəyişmələrinə də toxunub: "Hər oyunda həm A, həm də B variantı olur. Hər iki sistemə hazır olmalıyıq. Yoldaşlıq görüşlərində təzyiq olmadığı üçün bütün səhvləri görə bilirik".
Qeyd edək ki, "Neftçi" Boludakı ilk yoxlama matçında Türkiyə "Sakaryaspor"u ilə 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar" hazırlıq prosesində daha bir matç keçirməyi planlaşdırır.
Digər xəbərlər