Saytımızı qiymətləndirin


 
 

Gürcüstanda COVID-19-a yoluxma halları kəskin artıb
Tarix: 07-07-2022 | Saat: 10:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gürcüstanda COVID-19-a yoluxma halları kəskin artıb

Gürcüstanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma halları kəskin artıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, son iki həftə ərzində ölkədə epidemioloji vəziyyət dəyişib və yoluxma hallarında gündəlik artım qeydə alınır.

Qamkrelidze qeyd edib ki, ötən gün səhər koronavirusa 621 yoluxma halı qeydə alınıb. O əlavə edib ki, son iki ay ərzində gündəlik yoluxma adətən 30-50 təşkil edib və həftəlik yoluxanların sayı 100-200-ü ötməyib. Lakin son həftə ərzində təsdiqlənmiş yoluxma hallarının sayı 2 570-ə çatıb.

Baş epidemioloq yoluxma hallarının sayının artmasının yeni alt ştammlarla əlaqəli olduğunu, lakin xoşbəxtlikdən bunun əvvəlkilərdən daha aqressiv olmadığını vurğulayıb.



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər