Saytımızı qiymətləndirin


 
 

Ermənistanın müdafiə naziri müşavirə keçirdi
Tarix: 28-06-2022 | Saat: 14:40
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın müdafiə naziri Suren Papikyan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərliyinin iştirakı ilə ordu nizam-intizamının yaxşılaşdırılmasına dair  məsələləri müzakirə etmək üçün müşavirə keçirib.


Qarabaginfo.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin məlumatına görə, görüş iştirakçıları, xüsusilə, hərbi qulluqçuların smartfonlardan istifadəsinin məhdudlaşdırılması ilə bağlı məsələlərə baxıblar.
 

Bundan əlavə, son vaxtlar tez-tez hərbçilərin iştirakı ilə baş verən qəzaların qarşısının alınması məsələsinə də diqqət yetirilib.
 

Nazir bu məsələləri diqqət mərkəzində saxlamağı, görülən işlər barədə məqbul müddət ərzində hesabat verməyi aidiyyəti qurumların rəhbərlərinə tapşırıb.
 

Görüş zamanı cəbhə xəttinin möhkəmləndirilməsi istiqamətində görülən işlərlə bağlı da məruzələr dinlənilib.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər