Ana Sayfa > Karusel / Region > Ermənistanın müdafiə naziri müşavirə keçirdi
Ermənistanın müdafiə naziri müşavirə keçirdi28-06-2022, 14:40. Yazar: Admin |
Ermənistanın müdafiə naziri Suren Papikyan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərliyinin iştirakı ilə ordu nizam-intizamının yaxşılaşdırılmasına dair məsələləri müzakirə etmək üçün müşavirə keçirib.
Bundan əlavə, son vaxtlar tez-tez hərbçilərin iştirakı ilə baş verən qəzaların qarşısının alınması məsələsinə də diqqət yetirilib. Nazir bu məsələləri diqqət mərkəzində saxlamağı, görülən işlər barədə məqbul müddət ərzində hesabat verməyi aidiyyəti qurumların rəhbərlərinə tapşırıb. Görüş zamanı cəbhə xəttinin möhkəmləndirilməsi istiqamətində görülən işlərlə bağlı da məruzələr dinlənilib. Geri dön |